Cəmİyyət

İranlı həkimin “Bakı sərgüzəştləri”

İranlı həkimin “Bakı sərgüzəştləri”
Son zamanlar müxəlif səhiyyə ocaqlarından, eləcə də tibbi xidmətin səviyyəsindən şikayətlərin ardı-arası kəsilmir. Xüsusilə xarici ölkələrdən Azərbaycana gələrək burada xəstələrin müalicə və müayinəsini həyata keçirən həkimlərdən narazılıq artmaqdadır. Bu isə haqlı olaraq, müəyyən maliyyə qarşılığında çox qısa müddətdə özünün piarını quraraq çoxsaylı xəstə qəbul etməyə müvəffəq olan əcnəbi həkimlərə etimadı nəzərə çarpacaq dərəcədə azaldıb.

 

Heç şübhəsiz ki, bu Səhiyyə Nazirliyinin fəaliyyətinə kölgə salacaq məqamlardan sayılır. Axı, ölkəmizə gələn əcnəbi həkimlərinə rəsmi icazəni məhz Səhiyyə Nazirliyi verir. Belə olan halda sual oluna bilər ki, fəaliyyəti ilə müxtəlif fəsadlara səbəb olmuş həkimlərin maneəsiz olaraq Azərbaycanda ağır cərrahiyyə əməliyytlarına buraxılması nə dərəcədə doğrudur? Axı bu qəbildən olan hakimlərin yanlışı ucbatından əziyyət çəkən çoxsaylı ölkə vətəndaşları var.

 

Sfera.azbildirir ki, fəaliyyəti narazılıq doğuran belə həkimlərdən biri iranlı estetik cərrah Sirus Qoçxanidir. Bir neçə ildir, Azərbaycan paytaxtında yaşadığı bildirilən, hazırda "Bakı Medical Plaza"da çalışan Sirus Qoçxaninin adı mütəmadi olaraq xoş olmayan olaylarda halanıb. Məsələn, iranlı həkimin belə xatırlanmalarından biri 2017-ci ildə model Leyla Oruclunun ölümündən sonra yaşanmışdı.

 

Sfera.az xatırladır ki, həmin vaxt məhrum modelin anası Sevinc Oruclu qızının ölümü ilə bağlı gizlədilən məqamların olduğunu və bütün bunların ortaya çıxarılmasının vacibliyini önə çəkmişdi:

 

"Nə baş verdiyini dərk edə bilmirəm. Əgər qızımı əməliyyat edən Siruz Qoçxani "mən günahsızam” deyirsə, o zaman bizim qaranlıq qalan suallarımıza aydınlıq gətirməlidir. Leyla model idi və işində ciddi uğurlara imza ata biləcək potensiala sahib idi. Biz dəfələrlə onun heç bir əməliyyata ehtiyacı olmadığını desək də, psixoloji olaraq bunu özündə kompleks halına gətirmişdi. O düşünürdü ki, artıq piylərə sahibdir. Bir çox cərrahın yanında olub. Ancaq onlardan heç biri qızımı əməliyyata götürməyib. Çünki buna ehtiyac olmadığını və əməliyyatlıq olmadığını deyiblər”.

 

Göründüyü kimi, digər cərrahların modelə "əməliyyata ehtiyacınız yoxdur” deməsinə rəğmən o zaman Siruz Qoçxani onu əməliyata götürmüş və nəticədə ölüm faktı baş vermişdi.

 

Əldə etdiyimiz məlumata görə, bundan əlavə iranlı həkimə müraciət etmiş daha bir neçə xəstədə də ağır fəsadlar yaşanıb ki, bu artıq həyacan təbili çalmaq üçün yetərli sayıla bilər. Mövzunu aktuallaşdıran faktor isə odur ki, indi Sirus Qoçxani yenidən fəalaşıb və özünü reklam etdirməyə girişib. Zədələnmiş imicini pul gücünə bərpa etmək istəyən iranlı həkimə isə xatırlatmamız var: Pul gücünə zədələnmiş imici bəlkə də bərpa etmək olar, amma vətəndaşların ümidini geri qaytarmaq əsla. Hələ həkim səhvi ucbatından yarıda kəsilmiş ömürlərin günahını heç qaytarmaq mümkün deyil.

 

Sfera.azolaraq mövzunu diqqətdə saxlayacaq və məsələnin ictimailəşməsinə çalışacağıq. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 

Orxan

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031