İranlı general: \"İsraili 3 günə məğlub edə bilərik\"

İranlı general: \
Son günlər İran və İsrail arasında gərgin olan vəziyyət bir az da gərginləşib.
 
Sfera.az xəbər verir ki, bu dəfə İsraillə kəskinləşən münasibətdən danışan İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru  Hüseyn Səlami İsrail rejimini təhdid edib.  
 
Məşhəd şəhərində keçirilən bir konfransda çıxış edən general-mayor H. Səlami yeni bir müharibə başlayacağı təqdirdə, İsrail rejimini üç günə məğlub edəcəklərini bildirib:   "Biz onlara xəbərdarlıq edirik. Əgər yeni müharibə başlayarsa, bu onların sonu olacaq".   Qeyd edək ki, İran və İsrail rejimi rəsmiləri mütəmadi olaraq bir-birilərini təhdid edirlər. 


OXŞAR XƏBƏRLƏR