İranla sərhəddə atışma: 1 Azərbaycan hərbçisi həlak oldu

İranla sərhəddə atışma: 1 Azərbaycan hərbçisi həlak oldu

 

 

2019-cu ilin 10 mart tarixində saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

DSX-dən virtualaz.org-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və başsağlığı verib.

Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanıb.



 

 


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...