Dünya

İranla ABŞ arasında inanılmaz qalmaqal: MKİ-nin 290 casus həbs edildi

İranla ABŞ arasında inanılmaz qalmaqal: MKİ-nin  290 casus həbs edildi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran və regiondakı casus şəbəkəsini aşkar etmişik.

Bunu İran İnformasiya naziri Mahmud Ələvi deyib. O, casus şəbəkəsinin aparılan çətin işdən sonra ortaya çıxarıldığını bildirib. O, şəbəkənin ümumilikdə 290 casusdan ibarət olduğunu deyib. Ələvi həmçinin ABŞ MKİ-nin onlarla əməkdaşının aşkar edilərək həbs edildiyini bildirib. Nazir Tehranın casus şəbəkəsi barədə informasiyanı ABŞ casuslarını həbs edən digər dövlətlərlə də bölüşdüyünü də söyləyib. O, MKİ casuslarıyla bərabər Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin casuslarının da aşkara çıxarılmasıyla məşğul olduqlarını bildirib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031