İranın sabiq prezidenti vəfat edib - YENİLƏNİB

İranın sabiq prezidenti vəfat edib - YENİLƏNİB

20:29

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

---------

20:16

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Ə.Ə.Haşimi Rəfsəncaninin ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib, vəziyyətinin normal olduğunu qeyd edib.
 
Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 2005-də İrandakı prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. Həmçinin 1980-dan 1989-a qədər İran Parlamentinin spikeri vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR