İranın müdafiə naziri Azərbaycana gəlir
18:55 / 19.02.2018
952
İranın müdafiə naziri Əmir Hatəmi Azərbaycana səfər edəcək.
Sfera.az Trend-ə istinadən verdiyi məlumata görə, Ə.Hatəmi azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə Bakıya səfər edəcək.
Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr ediləcək.