İranın “estetik gözəlləri” - Fotolar
10:46 / 14.12.2018
4201
Son illərdə İran dünyanın plastik cərrahiyyə mərkəzinə çevrilib.
Sfera.az xəbər verir ki, ciddi dini qaydalara malik ölkədə, estetik əməliyyatlar gündəlik həyatın bir hissəsinə çevrilib.
İranın paytaxtı Tehran şəhəri plastik cərrahiyyə mərkəzinə çevrilib. Statistikaya görə, estetik cərrahiyə tələbi əsasən 17-26 yaş insanları maraqlandırır.
İranda 3 min plastik cərrahiyyə həyata keçirdən həkim var.
İran Səhiyyə Nazirliyi isə , estetik əməliyyatların əksəriyyətini qeyri-peşəkarlar tərəfindən aparıldığını açıqlayıb.
Xaricdən gələn pasiyentlər üçün 7-8 kosmetik əməliyyatlar həyata keçirən həkim Hüsnani, "İran mədəniyyətində, üz cizgilərinə çox fikir verilir. Buna görə plastik əməliyyat bizdə daha çoxdur. Bu əməliyyatlardan ən çox yayılmışı isə burun əməliyyatıdır. "-deyə bildirib.