“İranın bu fürsəti necə dəyərləndirəcəyini zaman göstərəcək” - Açıqlama

“İranın bu fürsəti necə dəyərləndirəcəyini zaman göstərəcək” - Açıqlama
"Üçtərəfli görüşdə yol xəritəsi müzakirə oluna bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə XİN rəhbəri Mövluq Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmirabdullahianın Tehranda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin toplantısını keçirmək barədə əldə etdikləri razılaşmanı dəyərləndirərkən, QAFSAM sədri Araz Aslanlı deyib:
 
"Son dövrlər İran Azərbaycan münasibətlərində birincinin adekvat olmayan siyasəti nəticəsində müəyyən gərginlik yaşanır. Bu da İranın 44 günlük müharibədən sonra Azərbaycana münasibətdə beynəlxalq hüquqa uyğun olmayan davranışlardan qaynaqlanır. Təəssüf ki, Tehran 44 günlük müharibə zamanı və ondan sonrakı mərhələdə prosesə uyğun şəkildə yanaşma tərzi sərgilmədi. Əksinə, provakasiyaya getdi. Bununla da Azərbaycan və Türkiyədə özünə qarşı narazılıq yaratdı”.
 
Həmsöhbətimiz düşünür ki, yaranmış vəziyyətdə üç ölkə Xarici İşlər nazirlərinin görüşü gələcəklə bağlı müəyyən ümidlərə yol açır: "Görüşdə münasibətlərin normal məcraya düşməsi üçün yol xəritəsini müzakirə edə bilərlər. Bununla bağlı fürsət yaranacaq. Ancaq İranın bu fürsəti necə dəyərlndirəcəyi ayrı məsələdir və bunu gələcək göstərəcək”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR