İranın 11 şəhəri virusun caynağında: 13 ölü, 61 xəstə
23:16 / 24.02.2020
2366
İranda koronavirusdan ölənlərin sayı artıb.
Sfera.az xəbər verir ki, ölkənin Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi, Həmədan, Xorasan Rəzəvi əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib.
Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 13-ü ölüb, 3-ü isə sağalıb.
(yenisabah)