İranı çəyirtkə basdı, hökumət acizdir, deputat isə Səudiyyə Ərəbistanından şübhələnir

İranı çəyirtkə basdı, hökumət acizdir, deputat isə Səudiyyə Ərəbistanından şübhələnir
 

İranın cənub əyalətləri çəyirtkələrin hücumuna məruz qalıb və həşəratlar on minlərlə hektar əkin sahəsini basıb. Virtualaz.org xəbər verir ki, İran parlamentinin deputatı çəyirtkə hücumuna görə Səudiyyə Ərəbistanından şübhələnir və həşəratların bioloji silah kimi tətbiq olunduğunu ehtimal edir.

 

Deputat Əli Əkbəri parlamentdə çıxışında deyib ki, çəyirtkə sürülərinin ölkəni başına götürməsi "digər dövlətlər tərəfindən planlaşdırılmış hücum, bioterror aktı” ola bilər.

 

Əkbərinin bildirdiyinə görə ölkənin cənub regionlarını, Fars körfəzi sahillərini bürümüş çəyirtkələrin Səudiyyə Ərəbistanı mənşəli olduğu deyilir. Həmin ölkə ziyanvericilərə qarşı mübarizə aparmır.

"Bu məsələdə bioterrorçuluq ehtimalı var, bəzi ölkələr bizə iqtisadi, siyasi və sosial zərbələr vurmaq üçün əlindən gələni edir”-o deyib.

 

Hərçənd çəyirtkələr uzağı 200 kilometrə qədər uça bilər və İranla Səudiyyə Ərəbistanı arasında məsafə bundan xeyli çoxdur. Amma deputat deyir ki, ola bilsin həşəratlar gəmi ilə Fars körfəzindəki İran limanlarına gətirilib.

 

İranda çəyirtkələr ilk dəfə bu il yanvarın 4-də qeydə alınıb. O vaxtdan həşəratlar 6 vilayətə yayılıb və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə 400 min hektar əkin sahəsini əhatə edib. Nazirlikdə deyiblər ki, ziyanvericilərlə mübarizəyə ola bilsin 9 milyard dollar lazım gələcək. Hazırda İran hökuməti cəmi 51 min hektar sahədə çəyirtkələrlə mübarizə aparır.


OXŞAR XƏBƏRLƏR