İranda təyyarə qəzası, 180 nəfərin hamısı öldü - VİDEO + SON DƏQİQƏ !
10:30 / 08.01.2020
2340
İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğrması nəticəsində göyərtədəki insanların hamısı həyatını itirib.
Sfera.az bildirir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.
"Göyərtədə olan 170 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib” – deyə açıqlamada bildirilir.
İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada bildirib ki, hazırda sərnişinlərin meyitləri toplanmaqdadır.