İranda güclü zəlzələ

İranda güclü zəlzələ

 İranda növbəti zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Məlumata görə, İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Şiraz şəhərindən 113 kilometr cənubda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Bu zaman 500-dən çox insan ölüb, 12 mindən çox insan xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR