İranda bu şəxs prezident seçiləcək - Siyasi şərhçinin rəyi

İranda bu şəxs prezident seçiləcək - Siyasi şərhçinin rəyi
İranda Bakı vaxtı ilə 07:30-da ölkədə keçirilən prezident seçkilərində səs vermək üçün 63 mindən çox seçki məntəqəsi açılıb. Bülletenlərdə 4 namizədin adı qeyd olunub. Bu, ikinci müddətə namizədliyini irəli sürən Həsən Ruhani, ölkənin keçmiş baş prokuroru İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır. İlk iki nəfər aşkar favorit hesab olunur. Sosial sorğuların nəticələrinə əsasən, onların qələbə qazanmaq şansları bərabərdir. Keçmiş hökumət üzvləri isə aşkar autsayder kimi görünürlər və özləri də bunu etiraf edirlər. Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.

Məsələni Sfera.az-a şərh edən siyasi şərhçi Sədrəddin Soltan fərd olaraq, İranda prezdentliyə namizədlərin heç birini dəstəkləmədiyini bildirdi:
"Çünki ölkənin taleyində İran prezidenti əsas fiqur deyil. Bundan başqa İslam Respublikasında keçirilən prezident seçkisi və başqa seçkilərdə azad və ədalət prinsipləri təmin edilmir. Bu seçkilər İranda fars olmayanların milli haqlarının təmin edilməsində heç bir baxımdan təsir göstərə bilmir. Düşüncə və baxışlarımıza uyğun gəlmədiyindən rəğbət edə biləcəyim namizəd yoxdur. Çünki namizədlərin hamısı İran mərkəzli fars  düşüncə sisteminə qulluq edənlərdir. 

S. Soltanın fikrincə, dünyanın başqa dövlətlərində prezidentliyə namizəd olan siyasi xadimlərə rəğbət bəslənilir:
"İndiki halda və şəraitdə İranda belə bir ümumi rəğbət qazanacaq namizəd yoxdur. Mənim və başqalarının rəğbət bəsləyib, bəsləməməsindən asılı olmayaraq, fəaliyyətdə olan prezident Həsən Ruhani öz postunda qalacağını ehtimal edirəm".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...