İranda bayraq qalmaqalı - VİDEO

İranda bayraq qalmaqalı - VİDEO
İranda keçirilən qadınlar arasında beynəlxalq karate turnirində bayraqla bağlı qalmaqal yaranıb. 
 
Bu barədə məlumatı Cebhe.info-ya Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türkiyədə yaşayan fəalı Bulud Ələmdar verib. Onun sözlərinə görə, yarışın təşkilatçıları qərəzkarlıq edərək Azərbaycan Respublikasının dövlət bayrağını Ermənistanın bayrağının altından asıblar. Yarışda iştirak edən azərbaycanlı qadın idmançılar buna etiraz ediblər. 
 
Onlar salona  başqa bir Azərbaycan bayrağı gətirib və yarış keçirilən salonda daha yüksək yerdən asıblar. cebhe.info/

OXŞAR XƏBƏRLƏR