Dünya

İranda 60 min nəfər QİÇS-ə yoluxub

İranda 60 min nəfər QİÇS-ə yoluxub
 İranda indiyədək 60 min nəfərin QİÇS virusuna yoluxduğu deyilir.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi İranın Səhiyyə Nazirliyində Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində keçirilən tədbirdə deyib.

Ə.Rəisinin sözlərinə görə, QİÇS virusu müəyyənləşən 40,5 min nəfərin təxminən 18,9 mini dünyasını dəyişib.

Nazir müavini əlavə edib ki, QİÇS virusu müəyyənləşənlərin 82%-i kişi, 18%-i qadındır:

 

"QİÇS-ə yoluxma hallarının 60%-i şpris, 22%-i cinsi əlaqə, 1,7%-i anadan körpəyə nəql olunmasına aiddir".

Ə.Rəisi əlavə edib ki, ötən il yarım ərzində şprislə yoluxma halı 31% azalıb, cinsi əlaqə ilə yoluxma halı 48,4% artıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031