İrana inanmaq olar?

İrana inanmaq olar?
"İran rəsmilərinin Dağlıq Qarabağ konfliktinin həllinə töhvə vermək istəklərilə bağlı ara-sıra verdikləri açıqlamalar reallığı əks etdirmir”
 
Sfera.az-a açıqlamasında bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin ölkəsinin Qarabağ münaqişəsinin həllinə töhvə verməyə hazır olduqları barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən politoloq Elşən Mustafayev deyib: 

"İran rəsmisi tərəfindən Qarabağ münaqişəsinin həllinə Tehranın töhvə verməyə hazır olduğunu deməsi əslində diqqətəlayiq olmaqla yanaşı, normal qəbul edilməlidir. Hətta İranın töhvə verməsi mümkün olmasa da belə, ən azından bu istəkdə olması normal qəbul olunmalıdır. Ancaq reallıq başqa şey deyir. Belə ki, reallığa baxanda, Dağlıq Qarabağ məsələsinin həllində açar rol oynaya biləcək dövlətlər məlumdur. Bunlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, ABŞ, Rusiya və Fransadır. Hətta burada təmsil olunan Paris istəsə belə prosesdə ciddi rola malik deyil. Prosesdə əsas rolu ABŞ və Rusiya oynayır. Eyni zamanda, Avropa İttifaqının üzvü kimi Böyük Britaniya və Almaniya da bu məsələyə öz töhvəsini verə bilər. Kənardan isə həll prosesində müəyyən mənada mənəvi dəstək və digər çabalar göstərmək istəyən dövlətlər ola bilər. Bu fonda İranın münaqişənin həlli prosesinə hansı istiqamətdə töhvə verə biləcəyini anlamıram. Amma yenə də, səslənən təklif normal qəbul olunmalıdır”.
Siyasi icmalçı Vüqar Ziferoğlu da düşünür ki, İran ancaq səmimi olduğu halda, konfliktin çözülməsi prosesinə töhvə verə bilər: "İran bölgəmizdə ənənəvi marağı olan ölkələrdəndir. Bu mənada şübhəsiz ki, onun da Cənubi Qafqaza müəyyən təsir imkanları vardır. Bu sübuta ehtiyacı olmayan bir aksiomadır. İranın həmçinin Ermənistanla olan münasibətlərini də göz önünə gətirsək, təbii ki, Tehran konfliktin həllinə müəyyən mənada öz müsbət təsirini göstərə bilər. Bildiyimiz kimi, Tehranın İrəvanla münasibətləri çox yaxındır. Ancaq məsələ həmçinin ondan ibarətdir ki, İran nə dərəcədə konfliktin səmimi şəkildə həllində maraqlıdır, onun həll edilməsini  istəyir. Amma şübhəsiz ki, İran istəsə konfliktin həllinə öz müsbət təsirlərini göstərə bilər. Çünki onun Ermənistana təsir imkanları böyükdür, bu mənada imkanları genişdir. Həm də Tehranın Azərbaycanla yaxşı münasibətləri var”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır. 
Xatırladaq ki, Qarabağ münaqişəsi yaranandan üzü bəri bir çox dövlətlər onun həllinə töhvə verməyə hazır olduqlaqrını bəyan edib. Tehran özü də dəfələrlə müxtəlif rəsmilərin dililə Qarabağ konfliktinin çözümünə yardım etmək istəklərini dilə gətirib. Vaxtilə, keçən əsrin 90-cı illərin əvvəlində İranın münaqişənin həllinə yardımçı olmağa hazır olduğunu bəyan etməsi fonunda Şuşa qalası ermənilər tərəfindən işğal olundu. Başqa bir nüans isə odur ki, müsəlman ölkəsi hesab olunan İran işğalçılıq siyasəti səbəbindən blokadaya alınan Ermənistana "nəfəslik” verib. Təcavüzkar İrəvan rejimi məhz İran vasitəsilə belə demək mümkünsə, dünya ilə əlaqə saxlayır. Digər tərəfdən, İran Ermənistan iqtisadiyyatına sərmayə yatıran əsas ölkələrdən biridir.  Belə bir şəraitdə İran rəsmisi yenidən bəyan edir ki, ölkəsi Dağlıq Qarabağ konfliktinin həllinə töhvə verməyə hazırdır. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...