“İran özünü sığortalamağa çalışır” - Ekspertdən Tehranın Körfəz ölkələrinə təklifinə münasibət

“İran özünü sığortalamağa çalışır” - Ekspertdən Tehranın Körfəz ölkələrinə təklifinə münasibət
  

"Bu İran tərəfindən düşünülmüş həmlədir”


Sfera.az-a açıqlamasında bu sözləri İranın Fars körfəzi ölkələrinə hücum etməməklə bağlı saziş bağlamağı təklif edəcəyilə bağlı səslənən rəsmi fikirlərə münasibət bildirərkən politoloq Natiq Miri deyib.

 

Bununla belə, həmsöhbətimiz belə bir sazişin bağlanacağını düşünmür: "İran sadəcə olaraq Körfəz ölkələrinə hücum etməmək haqqında saziş bağlamağı təklif edib. Söhbət həmçinin İranla münasibətləri yaxşı olmayan körfəz ölkələrindən gedir. Hansı ki, həmin körfəz ölkələri ABŞ və onun Yaxın Şərqdəki müttəfiqi İsraillə bilavasitə əlaqədədirlər. Həmçinin, onlar İrana qarşı ABŞ və İsraillə bir cəbhədədirlər. Ona görə də Tehran tərəfindən bu ölkələrə hücum etməməklə bağlı saziş bağlamaq üçün konkret təkliflər edilib. Həmin ölkələr də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misirdir. İran üçün körfəzdə əsas təhlükə mənbəyi olan ölkələr Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-dir”.


N. Miri bildirdi ki, Tehran belə bir sazişin bağlanmasına nail olmaqla dolayısı ilə Körfəz ölkələrinin əlindən siyasi və hərbi "kozır”ları almağı düşünür:

"Belədə gələcəkdə baş verəcək hər hansı qarşıdurmadan özünü sığortalamaq və məsuliyyəti qarşı tərəfin üzərinə atmaq istəyir. Bu İran tərəfindən düşünülmüş bir həmlədir. Ancaq onun nəticə verəcəyi, belə bir hadisənin baş verəcəyini düşünmürəm. Körfəz ölkələrinin rahatlıqla təklif ediləcək bu sazişi qəbul edəcəyini və bu yöndə İranla müqavilə bağlayacaqlarını zənn etmirəm. Hətta İran özü də əmindir ki, bu hadisə baş verməyəcək. Sadəcə, qabaqlayıcı addım olaraq belə bir təklifi gündəmə gətirib. Azərbaycandan isə İrana hər hansı bir təhlükə yoxdur. Dəfələrlə Azərbaycan hakimiyyəti Tehrana bildirib ki, öz ərazisini hər hansı bir xarici ölkəyə plasdarm olaraq istifadə üçün verməyəcək. Ona görə düşünürəm ki, İran Azərbaycan ərazisindən özü üçün hər hansı bir təhlükənin olmayacağına əmindir”.


Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Məhəmməd Əli əl-Hakimlə görüşdə Tehranın Fars körfəzi ölkələrinə Yaxın Şərqdəki proseslər fonunda bir-birinə hücum etməmək barədə saziş imzalamağı təklif edəcəyini bəyan edib. Onun sözlərinə görə, hazırda sazişlə bağlı müvafiq sənəd hazırlanır və sazişin imzalanması təklifi masa üzərindədir.

Elçin


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...