İran Türkiyə şirkətləri vasitəsilə Avropaya qaz ixrac etmək istəyir

İran Türkiyə şirkətləri vasitəsilə Avropaya qaz ixrac etmək istəyir
 

"İran Türkiyə şirkətləri vasitəsilə Avropaya qaz ixrac etmək üçün danışıqlar aparır”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Neft nazirinin müavini və Milli qaz şirkətinin baş direktoru Həsən Müntəzir Türbəti deyib. 

O bildirib ki, İran qazının Avropaya ixracı məsələsi icra olunarsa, qaz alan ilk ölkə Yunanıstan olacaq: "Avropaya qaz ixracatı ciddi məsələdir. Lazımi infrastruktur və şərait mövcuddur. Lakin bunun üçün siyasi maneələr aradan qaldırılmalıdır”.  


OXŞAR XƏBƏRLƏR