İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-ı hədələyib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-ı hədələyib

Düşmən İrana hərbi təcavüz etməkdə acizdir”. 

Sfera.az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib. 

O bildirib ki, düşmən hərbi təcavüz etməkdə aciz olduğu üçün, bu gün iqtisadi təzyiqlərə və iqtisadi terrora əl atıb: "İran xalqı vəhdət və birliyi ilə bu çətinliklərin öhdəsindən gələcək. Bizim düşmənlərimizə, yəni ABŞ və İsrailə təklifimiz aydındır. Onlara açıq şəkildə elan edirik ki, əgər İran xalqına qarşı təcavüzkar addımlar atsalar, qətiyyətlə ABŞ pilotsuz uçuş təyyarəsi və Böyük Britaniya gəmisinin başına gətirdiyimizi, onların da başına gətirəcəyik”. 

 

İranlı general qeyd edib ki, İrana təcavüzün nəticəsi onların məhvi ilə nəticələnəcək.

O vurğulayıb ki, İranın islam ölkələri ilə düşmənçiliyi yoxdur: "Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri regionda bizim əleyhimizə çirkli planlar çəkirlər. Onlar öz yollarını azıblar, gərək bu yoldan geri dönsünlər. İran və Səudiyyə Ərəbistanı birlikdə regionda sabitlik yarada bilərlər”.


OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun ...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...