İran prezidentinin Ermənistana səfər proqramı açıqlanıb

İran prezidentinin Ermənistana səfər proqramı açıqlanıb

 

 

İran prezidenti Həsən Ruhani Ermənistan, Qazaxıstan və Qırğızıstana səfər edir. 

APA-nın Tehran bürosunun məlumatına görə, İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək.

P.İsmaili deyib ki, bir günlük səfər zamanı  H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcədə səfər çərçivəsində iki ölkə arasında  bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının  iştirakı ilə biznes forum keçiriləcək.

P.İsmaili bildirib ki, H.Ruhani Ermənistandan sonra Qazaxıstana səfər edəcək. Qazaxıstanda da bir günlük səfər çərçivəsində iki ölkənin prezidentləri görüşəcək və bir neçə əməkdaşlıq sənədi imzalanacaq. Iki ölkə prezidentlərinin birgə mətbuat konfransı keçiriləcək. Dekabrın 22-də axşam isə H.Ruhani Qazaxıstandan Qırğızıstana səfər edəcək. Qırğızıstan və İran iqtisadi fəallarının iştirakı ilə birgə forum keçiriləcək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə sənəd imzalanacaq.

Səfərdə prezident H.Ruhanini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.

H.Ruhaninin  region ölkələrinə səfəri  dekabrın 23-də başa çatacaq.



OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...