AdRiver
İran prezidenti İlham Əliyevə məktub göndərdi

İran prezidenti İlham Əliyevə məktub göndərdi

İran prezidenti Həsən Ruhani Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məktubda o, Fitr bayramı münasibətilə Azərbaycan prezidentini və Azərbaycan xalqını təbrik edib. "Büsbütün sevinc və mərhəmətlə dolu olan bu bayram günü, həmçinin ilahi itaətkarlıqdan ibarət olan Ramazan ayında müsəlman ümmətinin öz saflığına qayıdışını arzulayır, insaniyyət yolunda kamillik zirvəsinə nail olmasını təmənna edirəm!

Ümid edirəm ki, bu əziz bayramın ictimai ibrətlərindən nəticə alaraq, müsəlmanların qəddarlıq və radikallıqla mübarizə aparmasına, eləcə də, onların öz mənafelərini güdən və əhd-peymanları pozan hegemon qüdrətlərin qarşısında birləşməsinə, həmçinin bütün dünyada sülh və əmin-amanlığın hakim olmasına qadir ola bilərik. Allah-taaladan sizə sağlamlıq və müvəffəqiyyət, müsəlman Azərbaycan xalqına isə izzət və səadət diləyirəm”, - deyə məktubda bildirilir.

DİGƏR XƏBƏRLƏR


---