İran prezidenti Ərdoğandan kömək istədi

İran prezidenti Ərdoğandan kömək istədi
 

Bizim kobud davranışlara qarşı susqunluğumuz daha kobud addımların atılmasına gətirib çıxara bilər.

RİA Novosti-nin məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

Ruhani bölgədə böyük təhlükə yaradan ABŞ-a qarşı birgə çıxış etməyin vacibliyini qeyd edib.

İran Prezidenti Ərdoğana general Qasım Süleymaninin qətlindən sonra ABŞ-ın növbəti aqressiv hərəkətlərinə yol verməmək üçün bu ölkəyə qarşı birgə çıxış etməyin zəruriliyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR