İran ordusunun füzulili generalı: Abbas Qarabaği kimdir?

İran ordusunun füzulili generalı: Abbas Qarabaği  kimdir?
Azərbaycanlılar hər zaman öz cəsurluqları  ilə seçilib. Yaşadıqları ölkədə hər zaman öz bilik və bacarıqları ilə öz töhfələrini veriblər. Belə oğullarımızdan biri də  İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərargah rəisi, general Abbas Qarabağidır. 
 
Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olub.  Əslən Füzuli rayonunundandır. Abbas Qarabağinin atası 1905- ci ildə Təbrizə köçüb.  Təbriz şəhərində və Fransada hərbi təhsil alıb. 
 
Abbas Qarabaği 1938-ci ildə İran ordusunda xidmətə başlayıb. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabaği 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət keçib. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərargah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilir.
 
Şahın İranda olduğu müddətdə o, şahı müdafiə edir. Şah İranı tərk etdikdən sonra isə mülki hakimiyyətdə olan və Şapur Bəxtiyarın rəhbərlik etdiyi höküməti dəstəkləyir. Küçələrdə toqquşmaların şiddətlənməsindən sonra 1979-cu ilin fevral ayının 11-də 22 generalla keçirdiyi iclasda ordunun bitərəfliyini elan edir. Ona bu işdə gizli polis olan SAVAK-ın komandanı və azərbaycanlı olan Nasir Müqəddəm də dəstək olur. Bu, faktiki olaraq İslam İnqilabının dəstəkənlənməsi demək idi.
 
Şah devriləndən sonra Abbas Qarabaği 14 ay Tehranda gizlənməyə məcbur olur. Sonra isə Abbas Qarabaği təhsil aldığı Fransaya mühacirət etedir. Onun Fransaya getməsinə səbəb də var idi. Çünki Abbas  Qarabağı hələ 1953-cü ildə  Fransa hüququna dair doktorluq dissertasiyası müdafiə edərək  hüquq doktoru adını almışdı.  Yüksək intillektə və analiz qabiliyyətinə malik Abbas Qarabaği  yazdığı kitablarda İranda baş verən inqlabın gələcəkdə hansı  fəsadlar verəcəyi  haqqında öz mülahizələrini bildirib.
 
Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat edib.
 
Amma bu cəsur generalın hələ ölümündən əvvəl öz əsərində yazdığı "dövləti idarə etmək üçün, din dövlətdən ayrı olmalıdır”  fikri bu gün də reallığı əks etdirir.
 
Məqalə Mərkəzi Elmi Kitabxananın (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılıb.


OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...