İran neft hasilatını artıracaq

İran neft hasilatını artıracaq

İran yaxın beş il ərzində neftin hasilatını 20% artıracaq.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Zənqane söyləyib. O bununla da ölkənin sutkalıq hasilatının 4,5 milyon barrelə çatdırılacağını bildirib. Zənqane hasilatın artmasına əsas səbəb kimi İranda yeni neft yataqların tapılmasını göstərib.


Qeyd edək ki, Tehran hazırda sutkalıq 3,8 milyon barrel neft hasil edir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR