İran-İraq sərhədində zəlzələ olub

İran-İraq sərhədində zəlzələ olub
 

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin şəhərinin 23 kilometrliyində və İraqın Xanaqin şəhərinin 43 kilometrliyində 4,3 bal gücündə zəlzələ olub.

Sfera.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:22-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.


OXŞAR XƏBƏRLƏR