Dünya

“İran əzab çəkir, zəif vəziyyətədirlər... Onları boğacağıq”

“İran əzab çəkir, zəif vəziyyətədirlər... Onları boğacağıq”
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ABŞ-ın İranla bağlanmış nüvə proqramından çıxmasını əsl səbəbinin İranın Yaxın Şərqdə apardığı siyasət olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, "Fox News” kanalında suallara cavab verən Heyli Tramp hökumətinin əsas hədəflərinin İran nefti olacağını bildirib:

"İran Suriyanı məhv etdi, İsraili təhdid etdiklərini görürük. İran Yaxın Şərqdə imtiyaz müharibələri aparır və bu səbəblərdən dolayı İranla nüvə müqaviləsindən çıxdıq. Çünki İrana pul axıdırdıq və bütün bu pis davranışları davam etdirmələrinə icazə verirdik. Sanksiyaları təkrar bərpa etdik. Beləliklə, İran neftini hədəf seçəcəyik və təsirlərini doğrudan hiss etməyə başlayacaqlar. İran əzab çəkir, zəif vəziyyətdədirlər və ballistik raket məsələsini müzakirəyə çıxarana, terrora verdikləri dəstəyi kəsənə qədər onları boğacağıq”. 

Rəsul
Sfera.az
 
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031