Cəmİyyət

İran daha bir sosial şəbəkəni blokladı

İran daha bir sosial şəbəkəni blokladı

İran “Telegram”messencerinin trafikini tamamilə blok edib.Bu haqda xidmətin yaradıcısı Pavel Durov öz “Twitter” hesabatında yazıb.

Sfera.az ICTnews-a istinadən xəbər verir ki, “İranın İnformasiya və Rabitə Nazirliyi onları casus və senzura alətləri ilə təmin etməyi “Telegram”dan (bizdən) tələb edib. Biz bu tələbə əhəmiyyət vermədikdə isə onlar bizi blokladılar” – Durov yazıb.

Durov bildirib ki, “Telegram” messencerinin komandası “p2p” protokolu üzərində işləyir. Mərkəzləşdirilmiş server olmadan "istifadəçidən istifadəçiyə" prinsipi üzrə pirinq şəbəkəsi belə blokları aradan qaldırmağa imkan verəcək.

Müxtəlif ölkələr kommunikasiyalara müdaxilə cəhdləri ilə tanınır. Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kemeron şifrləmə ilə bağlı belə demişdi:

"İnternetdə oxunulmayan ünsiyyəti qadağan etmək lazımdırmı?– “WhatsApp”, “iMessage2 və başqa xidmətləri nəzərdə tutan Kemeron cari ilin əvvəlində belə fikir səsləndirmişdi. "Bəli, lazımdır" - deyə cavab vermişdi.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031