İradə İsaq: "Bu nə sözdür, danışırlar, mənim oğlum..." - AÇIQLAMA - FOTO

İradə İsaq:

 

Yaxın günlərdə Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi Yaşar İsakovla ailə quran tanınmış teleaparıcı İradə İsaq teleqraf-a açıqlama verib. 

-İradə xanım, bir çox həmkarlarınız başqa kanallarda fəaliyyətə başlayacaqlar. Siz necə, ANS-lə bağlı prosesin yekununu  gözləyəcəksiz, yoxsa hansısa kanalda fəaliyyətə başlayacaqsınız?

-ANS mənim üçün yalnız iş yeri deyil, həm də doğma kanaldır. Ümumiyyətlə, mən  işlədiyim kanallarda rəhbərliklə və işçilərlə çox yaxşı münasibətdə oluram. ANS-in yenidən fəaliyyət göstərəcəyinə böyük ümidim və inamım var. Əminəm ki, TV tezliklə açılacaq. Başım məlum səbəblərdən çox qarışıqdır. Təbii ki, hələ başqa kanalda işləyən deyiləm. Bir daha deyirəm, inanıram ki, ANS tezliklə fəaliyyətini davam etdirəcək.  

-Sentyabrın 1-də ailə qurdunuz, toyunuz oldu. Bal ayına getmisinizmi, yaxud getməyi planlaşdırırsınızmı?

-Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Nə qədər mətbuat nümayəndələri zəng etdilər, danışmadım. İşlə, jurnalistika ilə bağlı suallarınıza cavab verə bilərəm, amma şəxsi həyatla əlaqəli sualları cavablandırmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Bu haqda tamaşaçıya nə isə deməyi düzgün hesab etmirəm. 

-Toyunuzda gəlinlik geyinməməyiniz təəccüblə qarşılandı. Buna  səbəb nə idi?

-Gəlinlik geyinməməyimin böyük bir səbəbi yoxdur. Niyə müzakirə mövzusu edirlər? Bəzi saytlar çox şeylərə toxundular. Məncə, lazım deyil. Mən özüm bilərəm, nə geyinirəm... Toy paltarım öz seçimim idi. O cür görünmək istədim. Bunun məsələyə nə dəxli var? 

-Oğlunuz Yunisin toyunuzda qonaqları qarşılamasına müxtəlif yöndə reaksiyalar oldu. Buna  münasibətiniz necədir?

-Yunis uşaqdır və məclisdə heç bir qonaq qarşılamayıb. Uşaq olduğu üçün də zalda çox otura bilməzdi. Zala gəlib-gedirdi. Həmin vaxt qonaqlar zala daxil olurdular. O da rastlaşdığı qonaqlarla, qohum-əqrəba, dost-tanışla rastlaşanda görüşüb. O uşaqdır, hələ qonaq qarşılamaq nədir, başa düşmür. Ona deyilməyib ki, qonaqları qarşıla... Sadəcə,  Yunisə kimlərin gəldiyi maraqlı idi. Baxırdı, sonra nənəsinə, babasına deyirdi ki, filankəs gəldi. 

Bir daha deyirəm, oğlum qonaq qarşılamayıb, ona deməmişəm ki, qonaq qarşıla və ya bunu et. 11 yaşı var, sərbəst qərar verir. O nə boş şeylərdir, danışırlar?.. Jurnalistlər nələrə fikir verirlərmiş?.. Bu, heç mənim ağlıma gəlmir. Heç zaman belə xırdalıqlara əhəmiyyət verməmişəm. 


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...