İqtisadiyyatda qeyri-neft sənayesinin payı artır

İqtisadiyyatda qeyri-neft sənayesinin payı artır
Son illərdə qeyri neft-qaz sənayesinin Azərbaycan iqtisadiyyatında mövqeyinin güclənməsi müşahidə edilir. Sektorda istehsalın davamlı artması hesabına onun ümumi daxili məhsul (ÜDM) istehsalında payının 2018-ci ildəki 12,5 faizdən 17,2 faizə qədər yüksəlməsinə imkan yaradıb. 

Qeyri neft-qaz sənayesində böyümənin daha çox emal sənayesi hesabına baş verməsi xüsusilə əhəmiyyətlidir. Emal sənayesinin inkişafı həm məşğulluğun genişlənməsinə, həm vergi yığımlarının artmasına, həm də xarici ticarət vəziyyətinin yaxşılaşmasına kömək edir. Son illərdə qeyri neft-qaz ixracının artması, eyni zamanda gündəlik istehlak mallarının idxalında artım dinamikasının zəifləməsi qeyri neft-qaz sənayesində istehsal göstəricilərinin yaxşılaşması ilə bağlıdır. 

Sfera.az bildirir ki, 2008-ci ildən sonra sənayenin iqtisadiyyatda payı azalır. 2007-2008-ci illərdə ÜDM istehsalının 80 faizindən çoxu, 2009-2013-cü illərdə isə 60-80 faizi sənaye hesabına təmin edilirdisə, hazırda bu göstərici 55-58 faiz arasında dəyişir. 

Sənayenin iqtisadiyyatda payının səviyyəsi daha çox neft və qaz qiymətlərindən asılı olduğundan bu nisbətdə fərqli dinamika qeydə alınır. Məsələn, sənayenin 2015-ci ildə payı 48 faizə düşdüyü halda, 2018-ci ildə 60 faizə, 2020-ci ildə isə 51 faizə düşdüyü halda, bu il 59 faizə yüksəlib. 

Məlumatlardan göründüyü kimi, sənayedə yaradılan dəyər daha çox neft-qaz sektoru ilə bağlıdır. Neft sektorunda qiymət faktoru önə keçdiyindən bu hal qeyri-stabil inkişafa səbəb olur.
 
Amma qeyri neft-qaz sənayesində stabil böyümə dinamikası müşahidə edilir. 2014-cü ildə qeyri neft-qaz sənayesində 7,2 milyard manat, 2017-ci ildə 9,5 milyard manat, 2019-cu ildə 11,3 milyard manat, 2020-ci ildə 11,7 milyard manat istehsal olub. Bu ilin 8 ayında istehsal dəyəri isə 9,45 milyard manat təşkil edib. Proqnozlara əsasən, ilin yekununda qeyri neft-qaz sənayesində istehsal 14 milyard manatı ötəcək. 

Qeyri neft-qaz sənayesində istehsalın davamlı artması ona gətirib çıxarıb ki, bu sektorun həm sənayedə, həm də iqtisadiyyatda payı artır. 2018-ci ildə sənayenin 21 faizi qeyri neft-qaz sahələrində istehsal edilmişdisə, 2020-ci ildə nisbət 31,6 faizə yüksəlib, bu il isə neftin bahalaşmasına görə 29,5 faiz olub. 
Eynilə qeyri neft-qaz sənayesinin iqtisadiyyatda da payı artıb. Bu sektorun iqtisadiyyatda payı 2018-ci ildəki 12,5 faizdən 2021-ci ildəki 17,2 faizə qədər yüksəlib. 

İqtisadiyyatda qeyri neft-qaz sənayesinin və onun emal bölməsinin payının artması müsbət haldır. Lakin qeyd edək ki, müsbət dinamika yalnız fiziki həcmlə kifayətlənməməli, həm də istehsal edilən məhsulların keyfiyyətində də özünü göstərməlidir. Bu baş verərsə, qeyri neft-qaz mallarının xarici ticarətində müsbət dəyişiklik görəcəyik. Hələlik, Azəbaycanın qeyri neft-qaz mallarının xarici ticarətində böyük natarazlıq var və bu vəziyyətin dəyişməməsi ölkəmizin maliyyə vəziyyətinə də mənfi təsir edir. 

Vasif
Sfera.az
 

 
 


OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...