İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” birgə İşçi Qrupu yaradır - VİDEO

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” birgə İşçi Qrupu yaradır - VİDEO
"Azərbaycan Dəmir Yolları" sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.
 
"Azərbaycan Dəmir Yolları" QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Sfera.az xəbər verir ki, bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib.
 
 

Daha sonra "Azərbaycan Dəmir Yolları" sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.

Tədbirdə İqtisadiyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları”nın əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.
 
 



OXŞAR XƏBƏRLƏR