İqtidardan inqilabi reforma: Rüşvətə bulaşan universitetlər bağlanır - Özəl siyahı

İqtidardan inqilabi reforma: Rüşvətə bulaşan universitetlər bağlanır - Özəl siyahı
Prezident təhsil sektorunda da inqilabi islahatlara başlayır

Bu barədə Politika.Az-a verilən məlumata görə, ilin sonuna kimi bir neçə adı korrupsiyaya bulaşmış özəl universitetlərin bağlanması gözlənilir. 

Bu günlərdə fəaliyyəti dayandırılmış "Təfəkkür” universitetinin ardınca prosesin daha irimiqyaslı xarakter alacağı gözlənilir. Əldə etdiyimiz xəbərlərə görə, "Bakı Kooperasiya”, "Odlar Yurdu”, "Bakı Biznes Universiteti”, "Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.

Adıçəkilən təhsil oxcaqlarından tez-tez Təhsil Nazirliyinə, Prezident Administrasiyasına, habelə mətbuata şikayətlər daxil olur. Bu ali məktəblər "bazar store” kimi fəaliyyət göstərir. Onların rüşvəti və təhsil səviyyəsi qoşa addımlayır. 

Ölkə rəhbərliyinin təhsil sektorunda inqilabi dəyişikliklər planı var. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalardan biri də bu sahəni tənzimləmək və çatışmazlıqları aradan qaldırmaqdır. 

Politika.Az xəbər verir ki, ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 

1992-ci ildə ”Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi. 

Sonradan özəl ali məktəblərin sahibləri özlərinə üçün böyük və geniş tədris binaları inşa etdirdilər. Bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi.

Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı. 

Bu universitetlərin əksəriyyəti ayrı-ayrı məmurların kurasiyasındadır və gəlir mənbəyi kimi fəaliyyət göstərir.Təhsildən başqa hər şey olan həmin özəl universitetlərin ləğvi gündəmə gəlib. 

Təhsil Nazirliyi onların lisenziyasının ləğvi üçün siyasi iradəyə malik olmasa da, yuxarı dairələrdə artıq müzakirələr getməkdədir. 

Gələn xəbərlərə görə, həmin təhsil ocaqları bazara çevrilib və şəxsi ciblərə milyonlar axır. Bu universitetlərin diplomu da heç yerdə tanınmır və nüfuzu olmayan təhsil müəssisələridir.

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....