Dünya

İqlim dəyişikliyi son 20 ildə dünyaya nə qədər ziyan vurub? - BMT fantastik rəqəm açıqladı

İqlim dəyişikliyi son 20 ildə dünyaya nə qədər ziyan vurub? - BMT fantastik rəqəm açıqladı
BMT-nin hesablamasına görə, iqlim dəyişikliyi ilə bağlı fəlakətlər son 20 ildə 2,25 trilyon dollar ziyan vurub.

Sfera.az xəbər verir ki, bu rəqəm daha əvvəlki 20 illik dövr ilə müqayisədə 150% artım göstərib. BMT-nin Fəlakət Təhlükəsini Azaltma Təşkilatı (UNISDR) iqlim dəyişikliyinin sel və qasırğa kimi təbiət hadisələrinin intensivliyini və şiddətini artırdığını qeyd edib.

UNISDR-in hesabatına görə, 1978-1997-ci illərdə iqlim dəyişikliyi ilə bağlı baş verən fəlakətlər nəticəsində dəyən ziyan 895 milyon avro olub. Ancaq 1998-2017-ci illər arasında bu rəqəm 2,25 trilyon dollara çatıb. Fəlakətlərin ən böyük ziyan vurduğu ölkələr isə ABŞ, Çin, Yaponiya və Hindistandır.

"Hesabatdan çıxan təhlil göstərir ki, atmosfer hadisələri nəticəsində baş verən iqtisadi itkilər davam edə bilməz, bu dünyanın bəzi nöqtələrində yoxsulluğu aradan qaldırmaq fəaliyyətini təhlükə altına salır” - UNISDR-in xüsusi nümayəndəsi Mami Mizutori belə deyib.

UNISDR 1998-2017-ci illərdə iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətlərin sayının 6600-dən çox olduğunu qeyd edib. Qasırğa və sellər bu fəlakətlərdən ən geniş yayılanıdır.

Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31