İqbal Məmmədovun mandatı əlindən alına bilərmi?

İqbal Məmmədovun mandatı əlindən alına bilərmi?
 

Lerikdə fəaliyyət göstərən "Relaks” İstirahət Mərkəzində baş vermiş insedent gündəmin əsas mövzusu olaraq qalır. 

İstirahət mərkəzi millət vəkili İqbal Məmmədova məxsusdur. İnsidentə gəlincə, Vergilər Nazirliyinin əməkdaşları "Relaks”da yoxlama aparmağa gəliblər. Lakin İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və yaxınları vergi əməkdaşlarını obyektə buraxmayıb. 

Nəticədə qarşıdurma yaranıb və vergi əməkdaşlarına fiziki zor tətbiq edilib. Olaya müdaxilə edən Lerik Rayon Polis şöbəsinin əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri də şiddət görüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, Mirhəmid Nərimanlı və yaxınları barəsində Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri cinayət işi başlanıb və onlar məhkəmənin qərarı ilə həbs edilib. 

Rezonansa səbəb olan hadisə bağlı sosial şəbəkələrdə gedən müzakirələrdə təqsirkar kimi İqbal Məmmədovun da adı qeyd edilir. İddialara görə, vergi işçilərini obyektə buraxmamaq və onlara şiddət göstərmək əmri məhz millət vəkilindən gəlib. 

Bundan başqa, "Relaks”dakı hadisə ilə bağlı məlumat yayılandan dərhal sonra İqbal Məmmədova məxsus iki zavodun fəaliyyətini dayandırması barədə iddialar səsləndirilib. Mediada isə İqbal Məmmədovun əmlakının siyahısı yayılıb. 

Bütün bunlar İqbal Məmmədovun da cəzalandırılacağı ilə bağlı mülahizələrə səbəb olub. Güman edilir ki, əgər vergi əməkdaşlarını obyektə buraxmamaq əmrinin Məmmədov tərəfindən verildiyi sübut edilərsə, onun haqqında da cinayət işi açıla və deputat mandatı əlindən alına bilər. 

Yenisabah.az


OXŞAR XƏBƏRLƏR

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...