İqbal Ağazadədən atalara müraciət: “Qızlarımıza sahib çıxaq!”

İqbal Ağazadədən atalara müraciət: “Qızlarımıza sahib çıxaq!”
 

"Son günlər Cəlilabad və Zaqatalada körpə qızların intihar hadisələri bizi sarsıtdı. Zorla ərə verilməyə etiraz edən fidan balalarımız canlarına qəsd edirlər”.

Sfera.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Atalara müraciət edən İ. Ağazadə onları qızlarımıza sahib çıxmağa çağırıb:

"Bəlkə analar ailə dəyərlərinə, mental xüsusiyyətlərə görə qızları müdafiə edə bilmir, sosial vəziyyətin ağırlığından qurtarmaq üçün körpə qızları ərə verməyi tək çarə hesab edirlər, sizlərdən çəkinir, qorxurlar.

Əziz atalar! Qızlarımızla dost olaq, dinləyək, istəmədikləri adamla 17-18 yaşlarında ailə qurmasına icazə verməyək, ümumiyyətlə yaş fərqi olmadan bu cür zorla ərə getməyə məcbur etməyək. Hər bir qızın ata nəvazişinə, qayğısına böyük ehtiyacı var. Atalar qızlara sahib çıxanda fidan körpələrimiz ayaqlarını yerə daha bərk basa bilir, yaxşı övlad, vətəndaş, ən başlıcası, gözəl ana olurlar.

Lütfən, övladlarımızın yanında olaq, onları baş tacına çevirək. Hər bir atanın da onun yanında olacaq bir qız balaya ehtiyacı var. Heç bir şey qız balalarımızdan və onların talelərindən önəmli deyil!

Qızlarımızı qoruyaq!”.


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...