Cəmİyyət

İqbal Ağazadə onu aldadan şəxsi bağışladı

İqbal Ağazadə onu aldadan şəxsi bağışladı
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü  Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Aslanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub ki, İqbal Ağazadə Sərməs Tağıyevi bağışlayıb.

 

 

 

Sabiq deputat məhkəməyə göndərdiyi barışıq ərizəsində qeyd edib ki, 3 uşağının olması, yoldaşının xəstə olması nəzərə alınaraq Sərməs Tağıyevi həbslə bağlı olmayan cəza təyin edilsin.

Sərmas Tağıyev isə son sözündə əməlindən peşman olduğunu söyləyib.

 

Hakimlər kollegiyasının hökmünə əsasən,  S.Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Sərməs Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

S.Tağıyev iş görmək adı ilə ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri də İ.Ağazadədir. Sabiq deputat təqsirləndirilən şəxsdən şikayətinin olmadığını deyib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031