İpotekada olan mənzildən əmlak vergisi tələb edilə bilərmi?

İpotekada olan mənzildən əmlak vergisi tələb edilə bilərmi?

Yeni Günəşli AB yaşayış massivində yaşayan sakinlər bələdiyyə tərəfindən onlara təqdim edilən əmlak vergisi bildirişlərindən narazıdırlar. 

Sfera.az xəbər verir ki, onlar qafqazinfo-ya müraciət edərək qeyd ediblər ki, bir il ərzində 7 manat məbləğində ödənilməli olan əmlak vergisi yığılaraq bir neçə ildən sonra bina sakinlərinə təqdim olunub. Bu da hardasa 50 manata yaxın borcdur. Əgər Qaraçuxur bələdiyyəsi vaxtında bildirişləri təqdim etsəydi, borclar bu qədər yığılmazdı və bizə də məbləği  ödəmək asan olardı. Eyni zamanda, mənzili ipotekada olan sakinlərə də əmlak vergisi hesablanılıb.

"Qafqazinfo" məsələ ilə bağlı Qaraçuxur bələdiyyəsinin Vergilər şöbəsinin müdiri Abdulla Məmmədovla əlaqə saxlayıb. O, bildirib ki, əgər mənzil ipotekadadırsa, vətəndaş bununla bağlı sənədləri hazırlayaraq bələdiyyəyə təqdim etməlidir: "Əgər həqiqətən də mənzil bankın mülkiyyətində olarsa, o zaman həmin mənzilə əmlak vergisi təyin olunmayacaq. 

 

Bundan əlavə, biz hər il binalar üzrə əmlak vergisi barədə bildirişləri sakinlərə paylayırıq. Ancaq sakinlər bunu ödəmir və borc illərlə yığılıb qalır. Yəni, bizim tərəfimizdən heç bir problem yoxdur. Biz Vergilər Məcəlləsinin 197 və 200- cü maddələrinə əsasən əmlak vergisini vətəndaşlardan yığırıq".


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...