İpotekada olan əmlakı satmaq mümkün olacaq

İpotekada olan əmlakı satmaq mümkün olacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Hüquq Məsələləri üzrə" Ekspert Qrupunun növbəti iclasında "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub.

ABA-dan Sfera.az-a verilən məlumata görə, "İpoteka haqqında" qanunda dəyişiklik ondan ibarətdir ki, artıq ipoteka predmeti məhkəmədən kənar tutuma yönəldilə biləcək və həmçinin yeni layihə məhkəmədən kənar tutmada seçim mexanizmini müəyyən edir. Belə ki, yeniliyə əsasən girov əmlakının açıq bazarda satılması və ya "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq birbaşa icra məmuru tərəfindən açıq hərracda realizasiyası mümkün olacaq.

İclasda, həmçinin təkrar hərracların müddətinin azaldılması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin verilmə mexanizmi və bu məsələlərlə bağlı digər qanunvericilik aktlarına dəyişikliklər barədə təkliflər müzakirə edilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü BİLDİRDİ

  Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera....

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...