Texnologİya

iPhone XS-lərdə daha bir problem: Cihazlara enerji yığmaq olmur - "Apple" açıqlama vermir

iPhone XS-lərdə daha bir problem: Cihazlara enerji yığmaq olmur -
"Apple” şirkətinin dünya bazarına təqdim etdiyi "iPhone XS” və "XS Max” telefonlarından şikayətlər gəlməyə davam edir.

Sfera.az xəbər verir ki, daha əvvəl "iPhone XS” seriyasında meydana gələn WiFi-a qoşulmaq problemi bir çox istifadəçinin etirazına səbəb olmuşdu. Təəssüf ki, problemlər təkcə WiFi-a qoşulmaqda deyil, həm də batareya və enerji yığma prosesis zamanı da ortaya çıxıb. Bəzi istifadəçilər "Apple”ın yeni modellərinin enerji yığmadığını deyirlər. Problem istifadəçi "iPhone XS” və "XS Max” modellərinə enerji yığmaq istəyəndə ortaya çıxır.

Cihazlar nə qədər kabelə qoşulu qalsa da, ekran açıq deyilsə, cihaz enerji yığmır. Ekran açılıb telefon "oyandırılanda” isə proses olduğu kimi davam edir.

"Apple” məsələ ilə bağlı hələ rəsmi bəyanat verməyib.

Rəsul
Sfera.az
 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031