AKTUAL

“iPhone”-ların qiymətinin üç qat artacağı gözlənilir

“iPhone”-ların qiymətinin üç qat artacağı gözlənilir
 

ABŞ-Çin iqtisadi münasibətlərinin gərginləşməsi texnologiya bazarına təsirsiz ötüşmür. "Huawei” çətinliyə düşüb. "Android” sistemi işləməyəcək, "Google” əməkdaşlığı dayandırıb.

Bizimyol.info xəbər verir ki, "iPhone”-ların qiyməti üç dəfə yüksələ bilər. Artıq Rusiyada bunun anonsunu veriblər. ABŞ "Huawei”ə istifadəçilər üçün proqram yenilənməsi üçün avqustun 19-na qədər lisenziya verib. Sonrası qaranlıqdır.

"iPhone”-ların qiymətinin yüksəlməsində istehsalın əsasən Çində həyata keçirilməsi birbaşa rol oynayır. Mütəxəssislər deyir ki, "Apple” şirkəti özünə yeni istehsalat meydançası axtarmalı olacaq.

Daha çox Hindistan və Sinqapur təklif edilir. İndi müzakirə mövzusu odur ki, bu ölkələr lazımi keyfiyyəti təmin edə biləcək, ya yox.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031