iPhone-dan istifadə etdi və 25 kiloqram arıqladı

iPhone-dan istifadə etdi və 25 kiloqram arıqladı

Kanadanın Ontari əyalətinin sakini "iPhone"dan istifadə etməyə başlayıb və 25 kiloqram arıqlayıb.

Sfera.az facemark.az-a istinadən bildirir ki, onun haqqında isə "Daily Mirror" qəzeti yazıb.

73 yaşlı Coan Makdonald (Joan MacDonald) açıqlamasında deyib ki, həyat yoldaşı ilə münasibətlərinin gərginləşməsi ona əlavə çəki olaraq qayıdıb. Onun piylənmə ilə yanaşı sağlamlığı ilə bağlı problemləri də yaranmışdı. Məsələn, qadın yüksək xolestrindən, təzyiq və yenicə yaranmağa başlayan artritdən əziyyət çəkirdi.

Onun 48 yaşlı qızı-Mişel (Michelle) isə anasının yenidən öz sağlamlığına qovuşması üçün illik proqramdan istifadəni tövsiyə edib.

"Mən çox narahat idim, çünki bu informasiyaların hamısı onlayn idi", - deyə Coan xatırlayır. Mənə "iPhone" almaq və bütün proqramları telefona yükləmək lazım idi. Hərdən mən heç nə başa düşmürdüm və ağlayırdım. Hətta hər şeyi buraxmaq istəyirdim, amma xoşbəxtlikdən mən inadkar idim".

"Qızım və kürəkənim telefondan istifadə qaydalarını mənə yenidən və yenidən izah edirdi. Mənə o kömək etdi ki, mən hər şeyi birdən öyrənməyə tələsmirdim və tədricən".

2017-ci ildə Kanada sakini həftədə 4 dəfə məşq etməyə başladı və özünün qida rasionunu tamamilə dəyişdi. Mişel anası üçün "Instagram" hesabı açdırdı və orada anası öz nəticələrini elan etdi.

Nəticədə Coan 25 kiloqram arıqladı və bütün dərmanlardan imtina etdi.

"Bu idman səyahəti mənim bütün həyatımı dəyişdirdi. Buna görə çox minnətdaram", - deyə o, bildirib.

"Mən indi özümü daha yaxşı hiss etdirəm, hətta tez-tez cavan insanlardan komplimentlər eşidirəm. Əlbəttə, bu mənim özümə olan dəyərimi daha da yüksəldir".



OXŞAR XƏBƏRLƏR

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....