“Çip” böhranı dərinləşir - 21 həftəyə…

“Çip” böhranı dərinləşir - 21 həftəyə…
Avtomobil və elektron avadanlıqlar istehsalı sahəsində yarımkeçiricilərlə ("çip”) təminatda yaranan böhran bir qədər də dərinləşib. "Çip” sifariş edən firmalara istehsalçılar tərəfindən malların tədarük müddəti 21 həftəyə (5 ay) qədər uzanıb. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, beynəlxalq bir şirkət tərəfindən aparılan araşdırmaya görə "çip” sifarişlərinin icra müddəti avqustda iyula nisbətən 6 gün uzanaraq 21 həftəyə çatıb. Şirkət qeyd edib ki, bu müddət 2017-ci ildən bəri ən uzun müddətdir. 

Sifarişlərin icra müddətinin uzanması avtomobil və elektron avadanlıqlar istehsalı sahələrində böyümə imkanlarını məhdudlaşdırır. Yaranmış vəziyyətdə şirkətlər daha az məhsul istehsal etməli olurlar. 

Şirkət rəsmiləri hesab edir ki, "çip” tədarükünün uzanması ehtiyat hissəslərinin qiymətlərinin artmasına, ehtiyat hissələrinin bahalaşması isə öz növbəsində yeni istehsal edilən avtomobillərin və elektron avadanlıqların bahalaşmasına səbəb olmaqdadır.
 
Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...