İntihar etmək istəyən xanımların NƏZƏRİNƏ: “Qəbrinizə gəlib peşman-peşman ağlayacaqlar”

İntihar etmək istəyən xanımların NƏZƏRİNƏ: “Qəbrinizə gəlib peşman-peşman ağlayacaqlar”
"Dünən bir qadın müəllimə Göyçayda intihar etdi və 3 uşağını yetim qoydu. Sizi anlayıram…”.

Sfera.az bildirir ki, bunu ekspert Eldəniz Əmirov deyib. O, intihar etmək istəyən qadınlara səslənərək bunları deyib:
 


 
"Səni bezdirən səbəblərə görə intihar etmək istəyirsən. Düşünürsən ki, intihar etsən canın qurtaracaq, əvəzində səni buna vadar edənlər əməllərinə peşman olacaq, onlara öz ölümün ilə zərbə vurmuş olacaqsan, filankəslər sənin qədrini sağlığında bilmədiyi üçün qəbrinin üstündə gəlib peşman-peşman ağlayacaqlar. Sən bu düşüncələrlə də intihar edirsən.
 
Bəli, ilk günlər sən nə düşünmüşdünsə, elə də olacaq: Sənin canın əzabdan qurtaracaq, hamıya xəbər yayılacaq, səni incidənlər peşman olacaqlar, filankəslər sənin qədrini bilmədiyi üçün qəbrinin üstündə gəlib peşman-peşman ağlayacaqlar.
 
Amma sonra az sonra hər şey dəyişəcək. Yas mərasimin boyu tanış-bilişlərin 80-90%-i sənin əsl dərdini bilmədən mənasız söhbətlər edəcəklər.
 
Yas qurtaracaq, səni ürəkdən sevənlər 3-5 gün ağlayıb doyacaq. Sonra hər kəsin göz yaşı quruyacaq.
 
Ölümün nə olduğunu anlamayan körpən isə hər gün atasına:
 
- Anam nə zaman qayıdacaq?- sualını verəcək.
 
Anasızlığı dərk edən böyük uşağın isə otağın küncünə qısılıb gecələr gözünə yuxu gedənə qədər ağlayacaq. İlk günlər ərin və qohum əqrəban bu uşaqlara dəstək olacaqlar. Amma sonra sənin üçün ağlaya-ağlaya yuxuya gedən uşağın üstünə örtən də olmayacaq.
 
-Anam nə vaxt gələcək?”- deyə soruşan balaca körpənə ərin bir-iki gün:
 
-Anan gələcək, - deyə cavab verəcək. Amma sonra o da yorulacaq. 3-5 gün sonra isə uşağa bir də sənin qayıtmayacağını başa salacaq.
 
Sən isə bütün bunlardan xəbərsiz halda mollanın tapşırığı ilə qəbirə hansı tərəfi üstə qoyulmuşdusa elə də tərpənməz qalacaqsan.
 
Büküldüyün ağ parça heç çürüməyə başlamadan uzaq qohumlarının yadından çıxacaqsan.
 
Bu ağ parça çürüməyə başlayanda isə səni səhər-axşam yadina salan yalnız qoca anan olacaq.
 
Çürüməkdə olan parçada gəzən həşəratlar sənin dərindən dişləməyə yer axtaran zaman isə uşaqların günorta yeməyinə nə yeyəcəklərini düşünəcəklər.
 
Karroziyayalı torpaq çürümüş parçadan görünən bədəninə uçub tökülən zaman ərinin qohum-əqrəbası ona:
 
-Bu uşaqları necə saxlayacaqsan, sənə evlənmək lazımdır, -deyə təkliflər edəcək. Ərin ilk vaxtlar bunu qəbul etməyəcək. Amma sənin büküldüyün parçadan əsər-əlamət qalmayana qədər inadından dönəcək. Acgöz soxulcan sənin tanınmaz hala düşmüş bədənini iştahla yeyəndə sənin ərin sevişməyə qadın axtaracaq, ya da axşamlar divanda oturub qohumların ona məsləhət gördüyü qadınlar arasından seçim edəcək.
 
Qəbir divarlarında həşəratlar çoxaldıqca sənin xatirən yaddaşlarda azalacaq. Qardaş da, bacı da öz problemləri arasında elə itib batacaq ki, sənin il dönümü mərasiminə gələndə artıq sən söhbətin mövzusu olmayacaqsan. Onlar bir-birindən bu çətin zamanədə necə dolandığını xəbər alacaq və problemlərindən danışacaqlar. Qonşuların bəzisi yeməyə girişəcək, bəzisi mollaya gic-gic suallar verəcək. Mağarın qabağında dayanan ərin isə başsalığı qəbul edə-edə gələcək planları haqqinda fikirləşəcək.
 
Daha bir il böyümüş və anasızlığı artıq qəbul etmiş və arıqlayıb çöpə dönmüş uşağın isə "ögey ana” haqqında düşüncələr içində çabalayacaq.
 
Hələ də baş verənləri dərk etməyən günahsız balaca balan isə nimdaş geyimdə ortalıqda qalacaq, gah xalasının ətəyindən dartıb çay istəyəcək, gah da yıxılıb palçığa batmış əllərini bibisinə göstərib ağlayacaq...”.
 
Gunay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...