İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...

İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü. İlk baxışdan 13 TIR-ın körpünün altında düzülməsi kimlərsə tərəfindən yolun bağlanması anlamına gələ bilər.
 
Amma burda söhbət yolun bağlanmasından yox, insan həyatından gedir. Polisin tapşırığı ilə magistral yolda körpünün altında dayanan TIR-lar, intihar etmək üçün körpüyə çıxan Mayk Şou adlı adamın həyatını xilas etmək üçün düzülüblər. 

 Maraqlı hadisə ABŞ-da baş verib. Polislər düşünüb ki, belə olarsa, özünü atan adamın TIR-ların üstünə düşməsi nəticəsində az xəsarətlə həyatını xilas etmək olar. Saatlar sonra intihar etmək istəyən adam polislə danışıqlardan sonra fikrindən daşınıb. İnsanlar bir insanın həyatının xilas olunmasına görə həm polisə, həm də TIR sürücülərinə minnətdarlıq ediblər.Moderator

OXŞAR XƏBƏRLƏR