Krİmİnal

“İnterpol” xətti ilə Türkiyədə saxlanılmış Haldun Hacıyev məhkəmə qarşısında

“İnterpol” xətti ilə Türkiyədə saxlanılmış Haldun Hacıyev məhkəmə qarşısında
 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədlərin saxtalaşdırmasında ittiham olunan 36 yaşlı Haldun Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşədirilib. Məhkəmə baxışı mayın 10-na təyin edilib.

 

Qeyd edək ki, vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. lakin istintaqdan yayındığına görə "İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. Bir müddət sonra isə Azərbaycana ekstradisiya edilib.

 

Cinayət işi üzrə 5 zərərçəkmiş var.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031