İnternetə məlumat sızdı: "iPhone 14" belə olacaq - Yeni funksiyalar/FOTOLAR

İnternetə məlumat sızdı:
"iPhone 14" bir çox yeni funksiyalara sahib olacaq.
 
Sfera.az bildirir ki, Apple yeni nəsil telefonları satışa çıxarmamışdan qabaq, artıq haqqında bəzi məlumatlar ifşa edilib. Məlumata görə, bu dəfə 4 ağıllı telefon modeli görə bilərik. Lakin bu seriyada "iPhone 14 mini" olmaya bilər.  iPhone 14, iPhone 14 Pro, iPhone 14 Max ve iPhone 14 Pro Max kimi modellərin satışa çıxarılması mümkündür. 

Qeyd edilib ki, yeni iPhone 14 Type-C portu təklif edə bilər. Həmçinin "iPhone Pro” modellərinin də bu xüsusiyyəti alacağı əks olunub. Uzun müddətdir ki, "iPhone”ların bu addımı atacağı müzakirə obyekti olmuşdu. Ancaq tamamilə portsuz dizaynla bağlı da məlumatlar var. Yəni xüsusiyyətin iPhone 14 seriyasına gəlib-gəlməyəcəyini dəqiq söyləmək mümkün deyil.

"iPhone 14”də autentifikasiya üçün displeydə barmaq izi skaneri də olacaq. Bu funksiyanın  "iPhone 13”də olması gözlənilsə də, bu baş tutmadı. Lakin "Apple” 2017-ci ildən bəri, Face-ID texnologiyasına güvənir. Cihaz yuvarlaqlaşdırılmış səs səviyyəsi və səssiz düymələri olan düz kənarlara malikdir. Yan tərəflərinin titandan, arxa hissəsinin isə şüşə örtüklü olacağı təxmin edilir. Arxa panelin kamera çıxıntısı olmadan tamamilə düz olacağı gözlənilir. Ekran xüsusiyyətlərinə gəldikdə isə, "Apple"ın mövcud ekran ölçülərinə sadiq qalacağı deyilir. Beləliklə, iki 6,1 düymlük "iPhone 14” modelini və digər iki 6,7 düymlük modelini görəcəyimizi gözləyə bilərik.

"Apple" şirkəti "iPhone 13 Pro" və "iPhone 13 Pro Max"da 120 Hz yüksək yeniləmə tezliyi təklif etmişdi. Bütün "iPhone 14" modellərindən isə ən azı birinin, 60Hz LTPS panelə sahib olduğu deyilir. Kamera bölməsində böyük inkişaflar gözlənilir. Məlumata əsasən, ön kameranın qabaqcıl avtofokus funksiyası olacaq. Arxa kamera "iPhone 13"dəki 12 meqapiksellik sensordan fərqli olaraq, təkmilləşdirilmiş 48 meqapiksellik sensora sahib olacaq. 

Qeyd edək ki, "iPhone 14"ün gələn ilin sentyabrında bazara çıxarılacağı bildirilir.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR