İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”-ın baş sponsorluq etdiyi "Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizədə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar "Gəncə”, "Nar” və "Kapital” komandalarıdır.

 

Qeyd edək ki, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan "Nar” tərəfindən təsis edilmiş "Nar” kuboku uğrunda mübarizə aparırlar. "Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.

 

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır."Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də "Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər. Yarış efirdə yayımlandığı saatda "Nar”-ın "Facebook” səhifəsində paylaşılan suala ən tez cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər. May və iyun aylarının qalibləri İsrafil Əhmədov, Mikayıl Mikayıllı, Əhməd Kamalov, Üzeyir Mehralı və Vüqar Şirinzadədir.

 

Qeyd edək ki, "Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...