\"Instagram\"ın yeni fenomenləri: Gənc qıza oxşayan nənə, yoqa ilə məşğul olan skelet - FOTOLAR
15:20 / 26.05.2018
4788
Ən çox maraq göstərilən sosial şəbəkələrdən biri olan "Instagram"da demək olar ki, hər gün yeni bir fenomen yaranır. Dünyanın müxtəlif ölkələrindən olan insanlar fərqli bacarıqları ilə burada fenomenə çevrilirlər.
Sfera.az həmin fenomenlərdən bəzilərini təqdim edir:
"Instagram"ın ən sonuncu fenomenlərindən biri "skelet"dir. "Omgliterallydead" adlı istifadəçi qadınların bu sosial şəbəkədə ən çox paylaşılan fotolarını təqib edib yamsılaması ilə fenomen olub. 260 minə yaxın təqibçisi olan skelet mütəmadi olaraq, demək olar ki, hər saat müəyyən fotolar yayımlayır.
Dostları ilə birlikdə yoqa edən skeleti bəzən də pişiklə vaxt keçirərkən görmək mümkündür.
"Instagram" paylaşımları ilə fenomenə çevrilən Zerrine Pissanonun 48 yaşı olsa da, izləyiciləri ona 30-dan artıq yaş vermir. Halbuki o, dünyanın ən gənc nənələrindən biridir. Onun iki övladı və 2 nəvəsi var.
Sfera.az digər fenomenlərin də fotolarını təqdim edir:
Camal
Sfera.az