Texnologİya

“Instagram”dan yenilik: Hələlik 7 ölkədə test edilir

“Instagram”dan yenilik: Hələlik 7 ölkədə test edilir

"Instagram” sosial şəbəkəsində istifadəçilərin paylaşdıqları foto və videoların neçə nəfər tərəfindən bəyənildiyini görmək artıq mümkün olmayacaq.

"Habertürk”xəbər verir ki, "Instagram” bəyənmə sayını gizlətməyə başlayıb.

Bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə "başqaları” sözü yer alacaq. İstifadəçilər "başqaları” sözünə baxaraq paylaşımlarını kimlərin bəyəndiyini görə biləcəklər.

Məqsəd istifadəçilərin paylaşacağı fotoşəkil və videoların məzmununa daha çox diqqət yetirməsidir.

Yenilik hazırda 7 ölkədə - Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiyada sınaqdan keçirilir.

 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031