“Instagram” ulduzuna çevrilən yaşlı fitnes-model hər kəsi heyran qoydu - FOTO - VİDEO

“Instagram” ulduzuna çevrilən yaşlı fitnes-model hər kəsi heyran qoydu - FOTO - VİDEO
 Arıqlayaraq görünüşündə böyük dəyişikliklərə nail olan nənə əsl "Instagram” ulduzuna çevrilib.

Coan Makdonaldın sosial şəbəkədə 335 min izləyicisi var. Üç il əvvəl 70 yaşı olanda onun həyatı dəyişib. Coanda köklüyü ilə əlaqədar problemlər yaranıb. Qızı məşq proqramı ilə tanış etmək üçün ona smartfondan istifadə etməyi öyrədib. Coan yeni məşğuliyyəti sayəsində 25 kiloqram arıqlayıb. Buna qədər onun çəkisi 90 kiloqram olub.   

Yaşlı fitnes-model bildirib ki, insan hər zaman dəyişmək barədə qərar verə bilər.

"Həyatın nə qədər çətin və mürəkkəb olmasından asılı olmayaraq, hədəfimizə doğru möhkəm addımlarla irəliləməliyik. İdmana başlayanda bu gün gəldiyim nəticə barədə düşünməmişdim. Sadəcə, sağlamlığımı bərpa etmək və dərmanlardan imtina etmək istəyirdim. Özünüzü sevmək üçün sağlamlığınızı qoruyun, yenidən xəyal qurmaq və bütün qəlblə sevməkdən çəkinməyin” - deyə o, bildirib. (Oxu.az)




OXŞAR XƏBƏRLƏR