İnsanın yaddaşı dola bilərmi? - ARAŞDIRMA

İnsanın yaddaşı dola bilərmi? - ARAŞDIRMA

Əsrlər boyu insan yaddaşı haqqında müxtəlif ehtimallar və suallar insanları düşündürüb. Onlardan biridə yaddaşımızın nə zamansa dolub-dolmaması ilə əlaqədardır. Artıq insanları düşündürən bu sualın cavabı tapılıb.

Sfera.az medicina.az-a istinadən xəbər verir ki, amerikalı professor P.Reber bildirib ki, insanın yaddaşının dolması mümükündür. Professorun sözlərinə görə, insanların ömrü yetmədiyi üçün bu halla üzləşən olmayıb. Lakin faktiki olaraq yaddaşımızın dolması fikri doğrudur. Unutmaq olmaz ki, insan beyni təxminən 2 kvardilliyon bayt həcmində yaddaşa malikdir. Əgər insan beyni yüksək keyfiyyətli və daimi olaraq videoyazı qeydə alan kamera olsaydı onun yaddaşı bizə 300 il bəs edərdi. Məsələn həyatınız boyu öyrənəcəyiniz dillərin sayı yaşadığınız illər və göstərdiyiniz səylə ölçülür.

Bu limit yaddaşda yox həyatın uzunluğundadır. "Mənim beynim çox yüklənib" deyən insanlar sadəcə olaraq ondan istifadə etməyi bacarmırlar. Onları da anlamaq asandır. Təsəvvür edin ki, yaddaşında milyonlarla mahnı olan hər hansı bir qadjetdən yaxşı axtarış sistemi olmadan özünüzə lazım olan mahnını tapmaq çətindir. Axtarış sistemi isə öz üzərində işləyən və daim öyrənən insanlarda yaranır.


OXŞAR XƏBƏRLƏR